AZ

İrandan Aİ ilə bağlı kritik qərar

İran hakimiyyəti Avropa İttifaqının (Aİ) hərbi hava və hərbi dəniz qüvvələrini terror təşkilatları siyahısına salıb.

Publika.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qurumdan qeyd olunub ki, qərar ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavab tədbirləri haqqında qanun əsasında qəbul edilib. Nazirlik izah edib ki, sözügedən qanun ABŞ-ın qərarını dəstəkləyən digər ölkələrə qarşı da müvafiq tədbirlərin görülməsini nəzərdə tutur.

Fevralın 19-da Avropa İttifaqı Şurası SEPAH-ı terror təşkilatları siyahısına daxil edib.

Həmin gün "CBS" telekanalı ABŞ Prezidenti Donald Trampın administrasiyasının fevralın 21-də İrana zərbə endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb.

Seçilən
1
38
publika.az

10Mənbələr