Bundesliqanın 23-cü turu çərçivəsində "Bavariya" doğma meydanda "Ayntraxt"a 3:2 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, görüşün 50-ci dəqiqəsində "Bavariya"nın oyunçusu Alfonso Devis zədələnərək matçı davam etdirə bilməyib və meydanı tərk edib.
Klubun idman direktoru Maks Eberl 25 yaşlı müdafiəçinin durumunun ciddi ola biləcəyini vurğulayıb:
"Görünən odur ki, Devis uzun müddət yaşıl meydanlardan uzaq qala bilər. Böyük ehtimalla bu, əzələ zədəsidir. O, artıq tibbi müayinədən keçir".
Xatırladaq ki, Alfonso Devis 2019-cu ildə "Vankuver"dən 14 milyon avroya transfer olunub və onun Münhen klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Cari mövsümdə bütün turnirlərdə 12 matçda iştirak edən futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.