AZ

Fofana meydan qovuldu, "Çelsi"nin antirekordu yeniləndi

style='margin-bottom:10px;'>

"Çelsi" İngiltərə Premyer Liqasının 27-ci turunda "Bernli" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. 

QOL.az xəbər verir ki, London təmsilçisi matçdan sonra bir neçə mənfi statistik göstərici ilə gündəmə gəlib. Klub qələbəni oyunun son saniyələrində əldən verməklə yanaşı, intizamsızlıq rekordu ilə də yadda qalıb.

Belə ki, cari mövsümdə "Çelsi"nin futbolçuları bütün turnirlərdə (Klublararası dünya çempionatı istisna olmaqla) 8 dəfə meydandan qovulublar. Bu, İngiltərə klubları arasında son 10 ilin (2015/16 mövsümündən bəri) ən yüksək göstəricisidir. Xatırladaq ki, 2015/16 mövsümündə "Vest Hem" 9 qırmızı vərəqə ilə yadda qalıb.

Bundan başqa, Uesli Fofananın "Bernli" ilə matçda aldığı qırmızı vərəqə komandanın bu mövsüm Premyer Liqadakı 6-cı kənarlaşdırılması olub. Bununla da London klubu özünə məxsus olan 2007/08 mövsümündəki antirekordu təkrarlayıb.

Qeyd edək, "Çelsi" cari mövsümdə doğma meydanda hesabda öndə olduğu oyunlarda ümumilikdə 17 xal itirib. Klub tarixində bundan daha pis göstərici yalnız 1995/96 mövsümündə (20 xal) qeydə alınıb.
 

Seçilən
11
1
teleqraf.com

2Mənbələr