AZ

Kamavinqa "Mançester Yunayted"ə keçə bilər

"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a  istinadən məlumatına görə, "Mançester Yunayted" fransız futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. "Qırmızı şeytanlar" yarımmüdafiəçini bu yay klubdan ayrılacaq Kazemironun əvəzedicisi kimi nəzərdən keçirir. Artıq futbolçunun agenti ilə danışıqlara başlanılıb.

 "Real Madrid" isə oyunçusunu satmağa hazırdır.

"Ağ-qaralar" Kamavinqanın satışından 75 milyon avrodan çox pul tələb edir. Eduardo Kamavinqa 2021-ci ildə "Renn"dən "Real Madrid"ə 31 milyon avroya keçib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. Bu mövsüm yarımmüdafiəçi Madrid klubunun heyətində bütün yarışlarda 28 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Seçilən
15
90deqiqe.az

1Mənbələr