AZ

Gəncədə tələbə futbol oynayarkən öldü

Gəncədə 19 yaşlı tələbə ölüb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Belə ki, futbol meydançasında Quba rayon sakini 2007-ci il təvəllüdlü Təbriz Nuriyev futbol oynayarkən qəfil halı pisləşib. Ona təcili tibbi yardım avtomobili çağırılıb. Müaynə zamanı T.Nuriyevin öldüyü məlum olub.

19 yaşlı tələbə Azərbaycan Dövlət Aqrar Universitetində Aqronomluq fakultəsinin ikinci kurs tələbəsi olub. Gənc tələbənin meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov

Seçilən
4
50
unikal.az

10Mənbələr