AZ

"Betis" evdə "Rayo Valyekano" ilə bacarmadı

İspaniya La Liqasının 25-ci turunda "Real Betis" ilə "Rayo Valyekano" arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumata görə, "Estadio de La Cartuja" stadionunda keçirilən matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Tərəflərin nisbətən bərabər mübarizə apardığı görüşdə hesab 16-cı dəqiqədə açılıb. Qonaqların qapısı önündə Auqusto Batalla ötürməni kəsib, topu qarşılayan Sedrik Bakambu isə yaxın məsafədən dəqiq zərbə ilə meydan sahiblərini önə keçirib – 1:0.

Birinci hissənin sonlarına yaxın “Rayo Valyekano” bərabərlik qolunu vurub. Andrey Ratiu demək olar ki, boş qapıya ötürmə verib, İsi Palason isə epizodu dəqiq tamamlayıb – 1:1.

Bu nəticədən sonra “Real Betis” turnir cədvəlində beşinci pillədə qərarlaşıb. “Rayo Vallecano” isə 13-cü sıranı bölüşür.

Seçilən
11
90deqiqe.az

1Mənbələr