AZ

Bir alimin manifesti: Tubuxanım Qasımzadədən Prezidentə açıq dəstək

Son günlər müəyyən dairələrin Prezident İlham Əliyevin nüfuzunu zədələmək cəhdlərinə baxmayaraq, Azərbaycan cəmiyyətində dövlət başçısına olan etimad və dəstək sarsılmaz olaraq qalır. Xalqın bütün təbəqələri öz liderinə olan sevgi və hörmətini açıq şəkildə ifadə edir, bu mövqedən geri çəkilmir.
Bu mövzuda növbəti açıq dəstək bəyanatı elmi ictimaiyyətdən gəlib. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində vitse-prezidentlərin xidmətinin elmi katibi, biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə Prezident İlham Əliyevə dəstək manifesti ilə çıxış edib.
Manifestdə vurğulanır ki, Prezident İlham Əliyevin adı artıq Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Otuz ildən artıq işğal altında qalan torpaqların azad edilməsi məhz onun liderliyi ilə mümkün olub və bu fakt xalqın kollektiv yaddaşında silinməz iz qoyub.
Alim qeyd edir ki, dövlət başçısının imicini ləkələməyə çalışanlar Azərbaycan xalqının iradəsini və tarixi həqiqətləri görməzdən gələ bilməzlər. Prezidentə göstərilən açıq dəstək təkcə siyasi mövqe deyil, həm də milli həmrəyliyinqin ifadəsidir.
Tubuxanım Qasımzadənin manifesti elm adamlarının da ölkənin taleyüklü məsələlərində aydın və qəti mövqe sərgilədiyini, dövlətçilik və milli maraqlar ətrafında birləşdiyini bir daha nümayiş etdirir.
Həmin videonu təqdim edirik:
Seçilən
11
yenicag.az

1Mənbələr