AZ

Cəlilabadda yaşayış evi yandı

Cəlilabad rayonunda yaşayış evində yanğın olub.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

Qeyd olunub ki, FHN-in "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Buravar kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.

Seçilən
17
publika.az

1Mənbələr