GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ Ərəbistan yarımadasındakı hərbi mövcudluğunu gücləndirir.
Globalinfo.az xəbər verir ki, Fransanın “Le Monde” qəzetinin uçuş məlumatlarına və peyk görüntülərinə istinadən verdiyi məlumata görə, son günlərdə onlarla hərbi nəqliyyat təyyarəsi Avropa bazaları ilə region arasında uçuşlar həyata keçirir.
Uçuşlar Almaniyadakı “Ramşteyn” və Böyük Britaniyadakı “Lakenhit” hava bazasından həyata keçirilir. Bundan əlavə, son iki gün ərzində dörd ədəd “E-3 Sentry” hava hücumundan erkən xəbərdarlıq təyyarəsi Ərəbistan yarımadasına doğru uçub.
BBC-nin məlumatına görə, ABŞ regiona aviadaşıyan qüvvələr yerləşdirir. “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin Cəbəllütariqdən Aralıq dənizinə doğru keçdiyi qeydə alınıb və “USS Abraham Lincoln” Oman sahillərində görülüb. Ərazidə artıq ən azı 12 Amerika gəmisi izlənilir.
“F-35” və “F-22” qırıcı təyyarələri, “KC-135” və “KC-46” tankerləri, “C-17A” və “C-5M” nəqliyyat təyyarələri, “P-8A” dəniz patrul təyyarələri və “E-3 AWACS” təyyarələri də bölgəyə yerləşdirilir. Mütəxəssislər yerləşdirilən qüvvələrin gündə 800-ə qədər uçuş həyata keçirə biləcəyini təxmin edirlər.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.