AZ

Ukrayna “İsgəndər” zavodunu VURDU: Ard-arda zərbələr – VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi-sənaye obyektlərinə qarşı genişmiqyaslı hücum həyata keçirib.

Məlumatı Ukrayna Baş Qərargahı yayıb və zərbələrin nəticələrinin hələ dəqiqləşdirildiyini bildirib.

Ukrayna tərəfinin açıqlamasına görə vurulan hədəflər:

Udmurtiyadakı “Votkinsk zavodu” – burada “İsgəndər-M” və “Kinjal” raketləri istehsal olunur;

Samara vilayətində qaz emalı zavodu;

Zaporojye istiqamətində “Tornado-S” yaylım atəş sistemi (Rusiya HIMARS analoqu);

Donetsk vilayətində PUA istehsalı və təmiri emalatxanası, həmçinin yanacaq-sürtkü anbarı;

İşğal altındakı Krımda hərbi təyyarə və gəmilər.

Baş Qərargah vurğulayıb ki, dəymiş zərərin miqyası araşdırılır, lakin ilkin qiymətləndirməyə görə itkilər Rusiya ordusu üçün ciddi sayılır.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Votkinsk şəhərində partlayışlardan sonra sakinlərin baş verənləri izlədiyi görünür.

Musavat.com

Seçilən
21
editor.az

1Mənbələr