AZ

Azərbaycan Respublikası Milli Məclisi yayılan məlumatlara təkzib verdi » AzadMedia.az


Son günlər bir sıra xəbər saytlarında Azərbaycan Respublikası Milli Məclisi ilə “İmprotex Motors” MMC arasında Milli Məclisin nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə dair bağlanmış müqavilə barədə məlumatlar yayılıb. Həmin xəbərlərdə müqavilənin maliyyə dəyərinin 2 milyon 282 min 605 manat olduğu iddia edilib.
Bununla bağlı Milli Məclis tərəfindən bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir və göstərilən məbləğ yanlışdır.
Açıqlamada qeyd olunub ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “İmprotex Motors” MMC Milli Məclisin rəsmi zəmanətdə olan nəqliyyat vasitələrinə yağ və sürtkü materiallarının dəyişdirilməsi, ehtiyat hissələrinin təmin olunması, eləcə də müvafiq servis xidmətlərinin göstərilməsini həyata keçirəcək.
Müqavilənin ümumi məbləğinin isə 22 min 826 manat təşkil etdiyi vurğulanıb.
Seçilən
5
24
azadmedia.az

10Mənbələr