AZ

“Bavariya” dramatik oyunda “Ayntraxt”ı məğlub etdi

Almaniya Bundesliqasının 23-cü turu çərçivəsində "Bavariya" ilə "Ayntraxt Frankfurt" arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumata görə, “Arena Münhen” stadionunda baş tutan qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar. Matçın baş hakimi Tobias Reyxel olub.

Hesabı 16-cı dəqiqədə Aleksandar Pavloviç açaraq Münhen təmsilçisini önə keçirib. Cəmi dörd dəqiqə sonra Harri Keyn komandasının üstünlüyünü artırıb. İngiltərəli hücumçu 68-ci dəqiqədə yenidən fərqlənərək dubla imza atıb və hesabı 3:0-a çatdırıb.

Qonaqlar 77-ci dəqiqədə fərqi azaltmağa nail olublar. Conatan Burkardt penalti zərbəsini dəqiq yerinə yetirib. 86-cı dəqiqədə isə Arnaud Kalimuendo daha bir qol vuraraq hesab arasındakı fərqi minimuma endirib – 3:2.

Bu nəticədən sonra “Bavariya” 60 xalla Almaniya çempionatının turnir cədvəlinə başçılıq edir. “Ayntraxt Frankfurt” isə 31 xalla yeddinci pillədə qərarlaşıb.

Növbəti turda Münhen klubu 28 fevralda səfərdə "Borussiya Dortmund"la, "Ayntraxt" isə 1 martda "Frayburq"la qarşılaşacaq.

Seçilən
23
90deqiqe.az

1Mənbələr