Gəncədə "KİA" markalı avtomobillə "Mitsubishi" markalı maşınlar toqquşub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Gəncə-Göygöl-Kəlbəcər avtomobil yolunun Gəncə şəhərindən keçən istiqamətində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı 5 nəfər xəsarət alıb. Yaralıların adları da məlumdur. Qəza zamanı
Sərxan Hüseynov (1987), Rəna Abdilova (1960), Mehriban İsgəndərova (1986), Vəlisə Orucova (1971), Elmuraz Zeynalovdur.(2001)
Yaralıların müalicəsi yerləşdirildikləri Gəncə şəhər xəstəxanaıarından birində davam edir
Qəza yerində Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.