AZ

Hoteldə meyt aşkarlanıbVİDEO

Bakıda hotel otağından kişi meyti tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki hoteldə baş verib.

Müştəri kimi hoteldə qalan Lənkəran rayon sakini 59 yaşlı Vaqif Hüseynovun otaqda meyti aşkar edilib.

Hotelin inzibatçısı Xəyyam Əliyev deyib ki, hadisə barədə xəbər tutan kimi dərhal ərazi üzrə polisə məlumat veriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, meyitə baxış keçiriblər.

Hotelin inzibatçısı onu da əlavə edib ki, Vaqif Hüseynov otağa keçərkən tək olub.

Hadisə yerində olan ekspertlər meytin üzərində xəsarət izləri aşkar ediblər.

Hadisənin hansı şəraitdə baş verməsi Qaradağ Rayon Prokurorluğunda araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
6
1
xezerxeber.az

2Mənbələr