AZ

Belarusdakı bir neçə hərbi hissə döyüş hazırlığına gətirilib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Belarus Müdafiə Nazirliyinin məlumatına görə, Qərb Əməliyyat Komandanlığının hərbi hissələri Belarus ordusunun yoxlanılması çərçivəsində döyüş hazırlığına gətirilib.

Bizimyol.info xəbər verir ki, nazirlik "Telegram" kanalında verdiyi açıqlamada: "Silahlı qüvvələrin döyüş hazırlığı yoxlanışı davam edir. Qərb Əməliyyat Komandanlığının hərbi hissələri döyüş hazırlığına gətirilir", - deyə bildirib.

Müdafiə Nazirliyinin məlumatına görə, mexanikləşdirilmiş briqadalardan birində nəqliyyat vasitələrinin qəbul mərkəzi yaradılıb. Xalq təsərrüfatından olan nəqliyyat vasitələri bölmələrin ixtiyarına verilir. Bəzi nəqliyyat vasitələri də anbardan çıxarılır.

"Bundan əlavə, silahlı qüvvələrin döyüş hazırlığının hərtərəfli yoxlanılması çərçivəsində Qrodno qarnizonu ehtiyatdan çağırılan çağırışçılarla təlim məşğələləri keçirir. Tapşırıqlara hazırlığın yoxlanılması aparılıb. Ehtiyatdan çağırılan zabitlər odlu silah təlimi zamanı Makarov tapançasından atəş açma məşqi edirlər", - deyə qeyd edilir.

16 yanvarda Prezident Aleksandr Lukaşenkonun göstərişi ilə Belarus Silahlı Qüvvələrində genişmiqyaslı təcili yoxlama başlayıb. Yanvarın 26-da müdafiə naziri Viktor Xrenin Silahlı Qüvvələrin də birləşmələrin və hərbi hissələrin döyüş hazırlığını yoxlamağa başladığını açıqlayıb. Nazir bildirib ki, Müdafiə Nazirliyi və Baş Qərargah tərəfindən planlaşdırılan yoxlama və 16 yanvardan bəri davam edən prezidentin əmri ilə aparılan yoxlama paralel, bir-biri ilə əlaqəsiz hadisələrdir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
bizimyol.info

1Mənbələr