AZ

Almaniya nüvə layihəsini təsdiqlədi Rusiya da iştirak edəcək

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniya federal hökuməti Rusiyanın dövlət korporasiyası “Rosatom”un iştirakına baxmayaraq, Aşağı Saksoniya əyalətində mübahisəli nüvə layihəsinə davam etməyə razılıq verib.

Globalinfo.az xəbər verir ki, bu barədə AFP nəşri məlumat yayıb.

Məlumata görə, qiymətləndirmə başa çatdıqdan sonra hökumət müəyyən məhdudiyyətlərlə layihəyə icazə verəcək.

Almaniya Ətraf Mühit Nazirliyi və bir neçə təhlükəsizlik agentliyi layihənin ekspert qiymətləndirməsini hazırlayıb. Jurnalistlərin məlumatına görə, bu təşəbbüslə bağlı son qərarı Berlindən lazımi təsdiqi gözləyən Aşağı Saksoniya Ətraf Mühit Nazirliyi verəcək.

Rusiyanın Ukraynaya müdaxiləsi fonunda layihə bəzi ekoloqlar və vətəndaş cəmiyyəti fəalları tərəfindən tənqid olunub. Onlar hesab edirlər ki, Rusiya dövlət korporasiyası ilə əməkdaşlıq casusluq və təxribat riskini artırır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
globalinfo.az

1Mənbələr