AZ

Abxaziyada müxalifətçi siyasətçi güllələndi

BAKI, 21 fevral. TELEQRAF

Abxaziya müxalifət liderlərindən biri Eşsu Kakaliya Suxumidə güllələnib.

Teleqraf xəbər verir ki, bu barədə Abxaziya polisi məlumat yayıb.

Hadisə fevralın 21-də baş verib. Yaralı Suxum Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Şəhərin polis şöbəsi ilkin araşdırma aparır.

Xəstəxanadan bildirilib ki, Kakaliya bud nahiyəsindən güllə yarası və qapalı baş zədəsi alıb.

Seçilən
13
1
teleqraf.com

2Mənbələr