AZ

"Araz-Naxçıvan" səfərdə "Karvan Yevlax"a qalib gəldi

Misli Premyer Liqasının XXI turunda "Araz-Naxçıvan" səfərdə "Karvan Yevlax" üzərində inamlı qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Naxçıvan təmsilçisinin heyətində Felipe Santos 32-ci və 51-ci dəqiqələrdə fərqlənərək dubl edib. Braziliyalı hücumçu ikinci qolu penaltidən vurub.

Beləliklə, Andrey Demçenkonun rəhbərlik etdiyi kollektiv ardıcıl ikinci qələbəsini rəsmiləşdirib. “Araz-Naxçıvan” xallarının sayını 33-ə çatdıraraq turnir cədvəlində beşinci pilləyə yüksəlib. Sonuncu sırada qərarlaşan “Karvan Yevlax” isə 6 xalla 12-ci yerdə qalır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında Turan Tovuz Zirə-ni 2:0 hesabı ilə məğlub edib. Sumqayıt – Qəbələ görüşündə isə qalib müəyyənləşməyib – 0:0. XXI tura fevralın 22-də yekun vurulacaq.

Seçilən
10
90deqiqe.az

1Mənbələr