AZ

Antarktidanın buz örtüyü 2100-cü ilə qədər 20% azala bilər


Antarktida yarımadasının dəniz buz örtüyü 2100-cü ilə qədər 20% azala bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Daily Mail” beynəlxalq tədqiqatçılar qrupunun hesabatına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ən pis ssenaridə yarımadanın dəniz buz örtüyü 2100-cü ilə qədər beşdə bir azala bilər ki, bu da pinqvinlər və balinalar kimi qütb heyvanları üçün ciddi nəticələrə səbəb olacaq və həmçinin yarımadanın hüdudlarından kənarda fəlakətli hadisələrə səbəb ola bilər.
Tədqiqatın aparıcı müəllifi, Nyukasl Universitetinin professoru Bevan Devisin sözlərinə görə, Antarktidadakı dəyişikliklərin nəticələri dəniz səviyyəsinin yüksəlməsi, okean və atmosfer əlaqələrinin dəyişməsi və sirkulyasiya vasitəsilə dünyanın qalan hissəsinə təsir edəcək.
Seçilən
14
yeniavaz.com

1Mənbələr