AZ

“Ukrayna bizi bununla şantaj edir” − Orban


“Ukrayna, Rusiyadan “Drujba” boru kəməri vasitəsilə neft tədarükünü dayandırmaqla Macarıstana qarşı enerji silahından istifadə etməyə çalışır”.
Yeniavaz.com
xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bunu ölkənin cənub-şərqindəki Bekeşşaba şəhərində keçirilən görüşdə deyib.
“Ukraynalıların əlində enerji silahı var və indi onlar bundan şantaj üçün istifadə etmək qərarına gəliblər. Bu enerji silahı “Drujba” boru kəməri vasitəsilə Macarıstana neft tədarükünü dayandırmaqdan ibarətdir”, - baş nazir bildirib.
O, Budapeştin Kiyevin təhdidlərinə boyun əyməyəcəyinə əminlik verib:
“Macarıstanı şantaj etmək olmaz. Bizi dişləyən hər kəsin dişləri sınacaq”.
Seçilən
18
1
yeniavaz.com

2Mənbələr