AZ

Gəncədə yol qəza oldu - FOTOLAR

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib. Belə ki, hərəkətdə olan "KİA" ilə digər avtomobil toqquşub. Qəza zamanı iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov

Seçilən
14
unikal.az

1Mənbələr