AZ

Buranov nənələri ndən biri öldü VİDEO

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Buranovskiye babuşki” (“Buranov nənələri”) qrupunun ilkin heyətinin üzvü Zoya Sergeyevna Dorodova vəfat edib.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Federasiyasının Udmurtiya Respublikasının Malopurginski rayonunun rəhbəri Aleksandr Deyev öz “VKontakte” sosial şəbəkə hesabında məlumat verib.

“Bu, mədəniyyətimiz, bizim hamımız üçün əvəzolunmaz itkidir. Onun doğmalarına, yaxınlarına və bu ağrını bölüşən hər kəsə dərin hüznlə başsağlığı verirəm”, – deyə o yazıb.

85 yaşlı Zoya Dorodova son illərdə çıxış etməyib və kənddə yaşayıb. Ölüm səbəbi xərçəng xəstəliyi olub.

Qeyd edək ki, “Buranovskiye babuşki” Malopurginski rayonunun Buranovo kəndindən olan rus xalq qrupu idi. Onlar Rusiyanı “Avroviziya-2012″də “Party for everybody” mahnısı ilə təmsil etmiş və ikinci yeri tutmuşdular. Qrupun tərkibi daha sonra dəyişib və ilkin solistlər “Babuşki iz Buranovo” kimi çıxış etməyə başlayıblar.

2024-cü ildə qrupun digər ilkin üzvü Yekaterina Şklyayeva 86 yaşında vəfat edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
globalinfo.az

2Mənbələr