AZ

UEFA "Qarabağ" klubunu cərimələdi

UEFA "Qarabag" klubunu cərimələyib.

 

HİT.az  xəbər verir ki, buna UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirilən "Qarabağ"- "Ayntraxt Frankfurt" oyununda baş verən hadisələr səbəb olub.

 

UEFA İntizam Komitəsi "Qarabağ"ı idman tədbiri üçün uyğun olmayan mesaj ötürdüyünə və futbolun və xüsusən də UEFA-nın nüfuzuna xələl gətirdiyinə görə 17 500 avro cərimələyib.

 

Ağdam təmsilçisinə həmçinin təhlükəsizlik qaydalarını pozduğuna görə xəbərdarlıq olunub.

 

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
6
17
hit.az

10Mənbələr