AZ

“Ruh düşkünlüyü yoxdu, əmin olun ki, yoxdu” – Fizuli Məmmədov

Misli premyer-liqasının 21-ci turunda “Karvan-Yevlax” evdə “Araz-Naxçıvan”a məğlub oldu - 0:2.

"Football-plus.az" yevlaxlıların baş məşqçisi Fizuli Məmmədovun mətbuat konfransından hesabatı təqdim edir.

- Ağır məğlubiyyət oldu. Oyuna çox yaxşı başlamışdıq. Qol epizodlarımız da oldu. Amma qol vurmaq lazımdı. Keyfiyyət baxımından bizi üstələdilər. İkinci yarıda oyunu çevirmək istədik. Penaltidən də qol buraxdıq. Futbolçularım əzmkarlıq göstərdilər.

- İkinci hissədə keyfiyyət niyə çatmadı?
- Əvəzetmələr etdik. Daha gümrah futbolçuları meydana buraxdıq. Hücum xəttində say artdı. Amma qol vurmaq lazımdı ki, qələbə qazanaq. Əziyyət çəkdi futbolçularım, amma bu azdı.

- Aslan Kərimov deyib ki, “Karvan-Yevlax”da elitaya layiq bir-iki futbolçu var. Bu fikirlə razısız?
- Düşünürəm ki, heyətimiz yetərincə keyfiyyətlidi.

- “Karvan-Yevlax” Fizuli Məmmədovun rəhbərliyi altında qələbə görəcək?
- Çox çalışırıq. Pressinq üçün güc lazımdı. Sinxronluq tələb olunur. Rəqibin heyətində yetərincə keyfiyyət var. Əks-hücumda qol buraxdıq. İlk yarıda xeyli qol imkanımız oldu, amma qol vura bilmədik. Əvvəlki oyunlarda da belə idi.

- Əvvəlki konfranslarda demişdiz ki, komandanın fiziki durumu yaxşılaşıb. Amma bu matçda cəmi 35 dəqiqə bunu gördük.
- Razı deyiləm. Oyunboyu pressinq tədbiq etdik. Futbolçular daha geridən oynayırdı. Fiziki, taktiki yox, keyfiyyət baxımından uduzduq.

- Gücünüz çatacaq ki, komandanı elitada saxlayasız?
- Çox çalışıram. Ruh düşkünlüyü yoxdu, əmin olun ki, yoxdu. Məğlubiyyətdən sonra futbolçuları oyuna kökləmək lazımdı. Əlimdən gələni edəcəm. Qarşıda oyunlarımız var. Bizim üçün hər oyun çətindi. Qələbə qazanmalıyıq.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
17
1
football-plus.az

2Mənbələr