AZ

Tramp Ronalduya müraciət etdi: Çantalarını yığ, sənə ehtiyacımız var

BAKI, 21 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp özünün "X" sosial media səhifəsində "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronalduya müraciət edib.

Teleqraf xəbər verir ki, Tramp müraciətində ulduz futbolçunu ABŞ-yə dəvət edib:

"Ronaldu, sən ən böyüksən. Amerikada sənə ehtiyacımız var. Çantalarını yığ, sənə ən qısa zamanda ehtiyacımız var".

Qeyd edək ki, ötən ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Ağ evdə Ronaldu ilə görüşmüşdü.

Seçilən
21
2
teleqraf.com

3Mənbələr