Tehranda Şərif adına Texnologiya Universitetinin tələbələrinin keçirdiyi etiraz aksiyası gərginliklə nəticələnib.
NOCOMMENT.az xəbər verir ki, nümayiş zamanı “Bəsic” könüllü dəstələrinin üzvləri tələbələrlə qarşı-qarşıya gəlib və tərəflər arasında toqquşmalar baş verib.
Aksiya iştirakçıları “Azadlıq”, “Biabırçı” və “Ali Khameneiyə ölüm” şüarları səsləndiriblər. Eyni zamanda, etirazçılar “Yaşasın kral” çağırışları ilə çıxış ediblər.
Məlumata görə, etirazlar əvvəlcə dinc formada başlasa da, “Bəsic” qüvvələrinin müdaxiləsindən sonra vəziyyət gərginləşib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Aliyə
NOCOMMENT.az