AZ

Ronaldonun keçmiş sevgilisindən qalmaqallı etiraf: Çoxlu pul verirdilər ki...

Britaniyalı aktrisa Gemma Atkinson bildirib ki, Kriştiano Ronaldo ilə ayrıldıqdan sonra ona məşhur futbolçu haqqında mənfi məzmunlu açıqlamalar verməsi üçün “çox böyük pullar” təklif edilib.

Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, onların 2007-ci ildə yaşadığı qısa münasibət həmin dövrdə əsl sensasiyaya çevrilmişdi. Ronaldo o vaxt "Manchester United" klubunda çıxış edirdi, Gemma isə "Hollyoaks" serialındakı rolu sayəsində Şimali İngiltərənin ən parlaq gənc ulduzlarından biri hesab olunurdu. Cütlük tez-tez ictimaiyyət qarşısında birlikdə görünür və medianın əsas müzakirə mövzusuna çevrilirdi.

Aktrisa daha sonra xatırladıb ki, Ronaldo onu əsl britaniyalı kimi təsirləndirməyə çalışırmış — çay süfrəsi təşkil edir, birlikdə "Only Fools and Horses" serialına baxırmış.

Lakin ayrılıqdan sonra onların şəxsi həyatına maraq daha da artıb. Mançester radiosuna verdiyi müsahibələrin birində Gemma belə deyib:

“Biz ayrıldıqdan sonra mənə onun haqqında pis nəsə danışmağım üçün böyük pullar təklif etdilər. Amma mən bunu istəmədim”.

Onun sözlərinə görə, Ronaldonun əleyhinə danışmaq üçün heç bir əsas olmayıb:

“Onda pis heç nə yox idi. Ona görə də nəsə uydurmağın və ya onu qaralamağın mənası yox idi”.

Hazırda Gemma rəqqas Qorka Markez ilə xoşbəxt ailə həyatı yaşayır. Cütlüyün Mia və Tiaqo adlı iki övladı var.

Ronaldo isə model Corcina Rodriqez ilə nişanlıdır. Onlar birlikdə Alanа və Bella adlı qızlarını, həmçinin surroqat ana vasitəsilə dünyaya gələn əkizləri — Eva Mariya və Mateonu böyüdürlər.

Seçilən
11
olke.az

1Mənbələr