AZ

Yandan əsən külək avtomobili belə aşırdı REAL VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qəza ABŞ-nin Texas ştatında baş verib. 

Avtosfer.az xəbər verir ki, ağır yüklə hərəkət edən yarımqoşqulu avtomobil yandan əsən küləyin təsirinə məruz qalıb. Şiddətli külək əvvəl yarımqoşqunu, ardınca isə yedəkçi avtomobili çevirib. Hadisə yolda hərəkət edən digər avtomobillərin kamerasına düşüb.

Texasdakı bu ərazi şiddətli yan küləklərin əsdiyi zonadır. Burada küləyin sürəti bəzən saatda 70 kilometrə çatır. 

Qeyd edək ki, Abşeron yarımadası da küləkli ərazidir. Bizdə də buna görə az da olsa qəzalara rast gəlinir. Külək qarşıdan əsdikdə avtomobilin sürətini azaldır, yandan əsdikdə isə aşma riski yaradır.

Vüqar

Oxunub 22

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
avtosfer.az

1Mənbələr