AZ

Ukrayna Rusiyanın iki hərbi zavodunu vurdu VİDEO

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Rusiyanın hərbi müəssisələrinə zərbələri intensivləşdirib.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Saranskda (Mordoviya Respublikası) Rusiya ordusu üçün müxtəlif avadanlıqlar istehsal edən “Elektrovypryamitel” zavodunda yanğın baş verib. Bu zavod ABŞ, Kanada, Aİ, Böyük Britaniya, İsveçrə, Yeni Zelandiya və Yaponiyanın sanksiyaları altındadır.

Mordoviya Fövqəladə Hallar Nazirliyi zavodda baş verən yanğını təsdiqləyib, lakin onun səbəbini açıqlamayıb. Sosial şəbəkələrdə zavodun Ukrayna tərəfindən vurulduğuna dair məlumatlar yayılır.

Qeyd edək ki, dünən axşam saatlarında Udmurtiyada "İsgəndər-M" kompleksi üçün ballistik raketlərin və "Oreşnik" raketinin əsas istehsalçısı olan strateji əhəmiyyətli Votkinsk zavodunda partlayışlar və yanğın baş verib. Məlumatlara görə, Ukrayna ordusu bu müəssisəni “Flaminqo” raketi ilə vurub. Məlumatı Udmurtiya qubernatoru Aleksandr Breçalov da təsdiqləyib.

“AzPolitika.info”

https://x.com/Newsfeed883920/status/2025147336326807774?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E2025147336326807774%7Ctwgr%5E4c9a60366984303333992cbdc5ed7d74dbf3f275%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fhaqqin.az%2Fnewsarchive%2F375835

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
azpolitika.info

1Mənbələr