AZ

Müdafiə Nazirliyinin rəhbər heyəti HHM bölmələrinin fəaliyyətini yoxlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə hava hücumundan müdafiə (HHM) hərbi hissəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissənin komanda məntəqəsində xidməti tapşırıqların yerinə yetirilməsi və mövcud vəziyyət barədə məruzələri dinləyib.

Nazirliyin rəhbər heyəti ixtisas hazırlığı üzrə məşğələlərin keçirilməsini izləyib, şəxsi heyətin peşəkarlıq səviyyəsi, nəzəri biliklərinin tətbiqi, həmçinin silah və texnikadan düzgün istifadə bacarıqları yüksək qiymətləndirilib.

General-polkovnik Zakir Həsənov keçirilən təlim və məşqlər zamanı HHM bölmələrinin arsenalına yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiq imkanlarının mənimsənilməsi, şəxsi heyətin bu vasitələrdən düzgün və təhlükəsiz istifadə bacarıqlarının artırılması barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

6445e5767dd3128e2af6c54894132166

79304933a6549217862abc88fdce29ba

733388d58475e95d1225e1d9582638cf

d796885ed2243736eda51505b15d5db4

e9b7489894489c6a4c9329b4e2d61b1a

18f7c5ebd698c5bdf46483e1721c2063

d81dd5307c5122f7a5679c0416ad9f7d

Seçilən
15
41
poliqon.az

10Mənbələr