AZ

UEFA “Qarabağ”ı böyük məbləğdə cərimələdi

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

UEFA İntizam Komitəsi “Qarabağ” klubunu 17500 avro cərimələyib.

"Cebheinfo.az" xəbər verir ki, buna səbəb azarkeşlərin UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən oyunda səsləndirdiyi şüarlar olub.

Belədə, Ağdam təmsilçisi “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və “ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17 500 avro məbləğində cərimələnib. Bundan əlavə, “Qarabağ”ın bilet nəzarəti qaydalarını da pozduğu bildirilir.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
8
cebheinfo.az

10Mənbələr