AZ

FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edilib (FOTO)

Bakı. Trend:

Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan Fövqəladə HallarNazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Şirvan ŞəhərYanğından Mühafizə Dəstəsinin böyük yanğınsöndürəni daxili xidmətbaş çavuşu Hakim Şahlar oğlu Piriyev Salyan rayonunun Şorkəndkəndində dəfn olunub.

Trend nazirliyəistinadən xəbər verir ki, dəfn mərasimində FHN-in rəhbər vəzifəlişəxsləri, mərhumun xidmət yoldaşları, ailə üzvləri və yaxınları,rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edilib ki, fövqəladə hallar orqanlarında 19 ilə yaxın iştəcrübəsi olan Hakim Piriyev xidmət göstərdiyi müddətdə işgüzar,məsuliyyətli və vətənpərvər əməkdaş kimi kollektivin hörmətiniqazanıb. O, iştirak etdiyi çoxsaylı yanğınsöndürmə əməliyyatlarındacəsur və peşəkar yanğınsödürən kimi vəzifə borcunu layiqincə yerinəyetirib.

Xatırladaq ki, Hakim Piriyev bu gün saat 06:00 radələrindəBakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğınınsöndürülməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkənhərəkətdə olan avtomobilin vurması nəticəsində həlak olub.

FHN-in
FHN-in
FHN-in
FHN-in
Seçilən
14
8
az.trend.az

9Mənbələr