AZ

“Odessadan Votkinskə: enerji və hərbi infrastruktur hədəfdə“ Ukrayna KİV ləri

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Rusiyanın zərbələri davam edir, Kiyev isə həm müdafiəni gücləndirir, həm də uzaq məsafəli cavab imkanlarını genişləndirir..."

Fevralın 21-nə keçən gecə Rusiya ordusu Odessaya kütləvi dron zərbələri endirib. Hücum zamanı enerji obyektləri və yaşayış sektoru hədəf alınıb. 

Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.

Odessaya kütləvi hücum və dağıntılar

Məlumatda deyilir ki, iki fərdi ev tamamilə dağıdılıb, bir mənzil məhv edilib, lisey ciddi zərər görüb. Bir neçə iki və üçmərtəbəli binanın dam örtüyü və şüşələri zədələnib, avtomobillər yanıb.

İki mülki şəxs xəsarət alıb - biri yerindəcə tibbi yardım alıb, digəri xəstəxanaya yerləşdirilib. Yanğınsöndürənlər bir neçə ünvanda paralel işləyiblər. Enerji infrastrukturu və anbar binasında da zədələnmə qeydə alınıb. Faktla bağlı müharibə cinayətləri maddəsi üzrə istintaq başlanıb.

Kiyevin mesajı: "İllüziyalarımız yoxdur"

Ukraynanın baş naziri Yuliya Sviridenko bildirib ki, enerji obyektlərinə zərbələr qışın bitməsi ilə dayanmayacaq. Onun sözlərinə görə, artıq regionlara kritik infrastrukturun qorunması, alternativ və avtonom enerji mənbələrinin yaradılması, paylanmış generasiyanın inkişafı barədə tapşırıqlar verilib.

Məqsəd - hər vilayət üzrə konkret dayanıqlılıq planı hazırlamaq və növbəti istilik mövsümünə qədər enerji sistemini daha davamlı hala gətirməkdir. Kiyev anlayır ki, enerji infrastrukturu müharibənin əsas hədəflərindən biri olaraq qalacaq.

1400 kilometr aralıda zərbə

Eyni gecə Rusiya ərazisində də diqqətçəkən hadisə baş verib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Udmurtiyanın Votkinsk şəhərində "İsgəndər-M", "Topol-M" və "Oreşnik" raketlərinin istehsal olunduğu zavoda zərbə endirilib. Müəssisə Ukrayna sərhədindən təxminən 1400 kilometr uzaqda yerləşir. Hücumun  "Flaminqo" raketləri ilə həyata keçirildiyi iddia olunur. Rəsmi təsdiq hələ verilməsə də, bu məlumatlar müharibənin coğrafiyasının genişləndiyini göstərir: bir tərəfdə Ukraynanın enerji sistemi hədəfdədir, digər tərəfdə isə Rusiya hərbi-sənaye obyektləri.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
moderator.az

2Mənbələr