AZ

Bakı ilə bağlı rusları təlaşlandıran xəbər: Kreml iki istiqamətli hücuma başlayır

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsi, “Tramp yolu” layihəsini reallaşdırmağa başlaması və Azərbaycanla Strateji Tərəfdaşlıq Xartiyasını imzalaması Kremldə narahatlıqla qarşılanıb.  

Son zamanlarda Rusiya rəsmilərinin, deputatların və ekspertlərin təlaşlı açıqlamaları da diqqət çəkir. Onlar Qərbin Moskvanın Cənubi Qafqazdakı dayaqlarını zəiflətməyə çalışdığını bildirirlər. Kreml hətta region ölkələrini öz təsir dairəsində saxlamaq üçün fərqli üsullara əl atmaqdan da çəkinmir.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ABŞ-ın Cənubi Qafqazda fəallaşması və regionda daha institusional şəkildə mövqelənməsi Moskvanın strateji həssaslıq zonasına toxunur:

“Əgər “Tramp yolu” kimi təqdim olunan layihə nəqliyyat-logistika və təhlükəsizlik xəritəsini yenidən dizayn etməyə yönəlibsə, bu, faktiki olaraq postsovet məkanında təsir balansının dəyişməsi deməkdir. Azərbaycanla Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması isə prosesi daha da rəsmi çərçivəyə salır və ikitərəfli münasibətləri epizodik əməkdaşlıqdan çıxarıb uzunmüddətli koordinasiya mərhələsinə keçirir. Kreml üçün əsas narahatlıq ABŞ-ın hərbi iştirakından çox, normativ və institusional təsirinin genişlənməsidir. Çünki bu, region ölkələrinin qərarvermə arxitekturasında alternativ dayaqların formalaşmasına səbəb olur. Rusiya rəsmilərinin eyni tezisi təkrarlaması da göstərir ki, Moskva məsələni lokal diplomatik epizod deyil, geosiyasi xəttin dəyişməsi kimi qiymətləndirir.

Züriyə Qarayeva

Digər tərəfdən, Kremlin ritorikasında “Qərb Rusiyanın mövqelərini zəiflədir” tezisinin önə çıxarılması həm daxili auditoriyaya, həm də region ölkələrinə mesaj xarakteri daşıyır. Moskva bununla Cənubi Qafqazı hələ də özünün prioritet təhlükəsizlik perimetri kimi gördüyünü nümayiş etdirir və balans siyasəti aparan aktorlara xəbərdarlıq edir. Lakin reallıq ondan ibarətdir ki, region ölkələri artıq təkqütblü asılılıq modelindən uzaqlaşaraq çoxvektorlu əməkdaşlıq xəttini seçirlər. ABŞ-ın təşəbbüsləri də məhz bu boşluqda yer tutur. Bu mərhələdə əsas sual Rusiyanın cavab strategiyasının hansı formada olacağıdır: sərt qarşıdurma, yoxsa daha çevik adaptasiya? Kreml regional prosesləri tam nəzarətdə saxlaya bilmədiyini gördükcə, ehtimal ki, həm diplomatik, həm iqtisadi, həm də informasiya alətlərini paralel işə salacaq”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
globalinfo.az

2Mənbələr