AZ

Çin diplomatı: Yaponiya BMT nin Təhlükəsizlik Şurasına daimi üzvlük üçün uyğun deyil

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Pekin, 21 fevral, AZƏRTAC

Çinin BMT-dəki daimi nümayəndəsi Fu Çon Yaponiyanın BMT Təhlükəsizlik Şurasına daimi üzvlük üçün tamamilə uyğun olmadığını bildirib.

AZƏRTAC xəbər verir ki, Fu Çon bu sözləri BMT Baş Assambleyasının ədalətli təmsilçilik və Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılması məsələsinə dair hökumətlərarası danışıqlar sessiyası zamanı bildirib.

Çin diplomatı Yaponiyanın müharibə dövründəki təcavüz cinayətlərini nəzərdən keçirməkdən israrla imtina etdiyini, müharibədən sonrakı beynəlxalq nizamı açıq şəkildə tapdaladığını və digər ölkələrin suverenliyinə müdaxilə etdiyini, bununla da regional sülh və sabitliyə yeni təhdidlər yaratdığını bildirib. O qeyd edib ki, belə bir ölkə BMT Təhlükəsizlik Şurasında daimi üzvlük üçün tamamilə uyğun deyil.

BMT Təhlükəsizlik Şurasında islahatlara toxunan Fu Çon 3 əsas məqamı vurğulayıb. Birincisi, Təhlükəsizlik Şurası böyük və zəngin dövlətlərin klubuna çevrilməməlidir və islahat yalnız çox az sayda ölkəyə fayda verməməlidir. İkincisi, islahatlar müstəqil xarici siyasətə malik daha çox kiçik və ortaölçülü dövlətin Şuraya daxil olmasına imkan yaratmaqla inkişaf etməkdə olan ölkələrin təmsilçiliyini və səsini həqiqətən artırmalıdır. Bu xüsusda Afrikanın üzləşdiyi tarixi ədalətsizliyin düzəldilməsinin və Afrikanın tələblərinə prioritet verilməsinin vacibliyini vurğulayıb. Üçüncüsü, islahatlar mövcud qlobal mənzərə ilə məhdudlaşmamalıdır; əksinə, strateji vizyon və uzunmüddətli perspektivlə planlaşdırılmalıdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
2
azertag.az

3Mənbələr