AZ

UEFA “Qarabağ”ı cəzalandırdı

UEFA “Qarabağ”ı cəzalandırıb.

Msport.az xəbər verir ki, qərar Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən (3:2) oyunda səsləndirilən şüarlara görə qəbul olunub.

Qərara əsasən, Ağdam klubu “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və “ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17 500 avro məbləğində cərimə olunub. Qərarda söhbətin konkret nədən getdiyi açıqlanmayıb.

Qeyd edək ki, həmin oyunda “Qarabağ” azarkeşləri “UEFA – mafiya” şüarları səsləndiriblər.

Bundan başqa, təşkilatın məlumatına görə, klub bilet nəzarəti qaydalarını da pozub.

Seçilən
5
10
msport.az

10Mənbələr