AZ

Neft məhsullarının Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə daşınması ucuzlaşıb

Bakı. Trend:

Gürcüstan Azərbaycan­dan Ermənistana neft məhsullarınındaşınması üçün simvolik tarif müəyyən edib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyatNazirliyinin məlumatında qeyd olunub.

Məlumata görə, 2025-ci ilin dekabr ayının əvvəlində GürcüstanAzərbaycan neftinin öz ərazisi vasitəsilə Ermənistana tranzitinibirdəfəlik və ödənişsiz şəkildə təmin edib. Növbəti partiya isəstandart tariflə daşınıb ki, bu da Ermənistanda narazılığa səbəbolub.

Tarif məsələsi Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişafnaziri Mariam Kvrivişvilinin İrəvanda Ermənistanın əraziidarəetməsi və infrastruktur naziri David Xudatyanla görüşünün əsasmüzakirə mövzusu olub.

Xudatyan Gürcüstan hökumətinin bu qərarına görə gürcü həmkarınatəşəkkürünü bildirib. Qərara əsasən, Azərbaycan­dan Ermənistananeft məhsullarının daşınması üçün simvolik tarif dərəcəsi müəyyənedilib.

Qeyd olunub ki, bu, iki ölkə arasında qarşılıqlı əlaqəliliyiəhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, Ermənistandan yük tranzitiniartıracaq və Gürcüstanın regional nəqliyyat qovşağı kimi rolunugücləndirəcək.

Bildirilib ki, Gürcüstanın əsas prioritetlərindən biritəhlükəsiz, etibarlı və rəqabətqabiliyyətli nəqliyyatmarşrutlarının inkişafıdır.

Məqalədə:
Seçilən
23
1
az.trend.az

3Mənbələr