AZ

Konkinin bıçağı gözünü kor etmişdi: Olimpiadadan çıxarıldı - FOTOLAR

Polşalı konki sürən Kamila Selje Olimpiya Oyunları zamanı konkinin bıçağı ilə göz nahiyəsindən xəsarət alaraq xərəkdə arenadan çıxarılıb.

Ölkə.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Hadisə İtaliyada keçirilən Olimpiadada 1500 metr məsafəyə dörddəbir final yarışı zamanı baş verib.

Selje döngələrin birində italiyalı Arianna Fontana və amerikalı Kristen Santos-Qrisvold ilə birlikdə yıxılıb. ABŞ idmançısının konkinin bıçağı polşalı idmançının gözünə dəyib.

Yarış dərhal dayandırılıb və Seljeyə ilkin tibbi yardım göstərilib. Daha sonra o, xəstəxanaya çatdırılıb və göz nahiyəsinə tikiş qoyulub. Hazırda idmançının vəziyyətinin yaxşı olduğu bildirilir.

25 yaşlı Selje dünya çempionatlarının gümüş və bürünc mükafatçısıdır.

Seçilən
11
1
olke.az

2Mənbələr