AZ

Adnan Əhmədzadə SOCAR-dan ayrıldıqdan sonra nə baş verib? – İlginc

“Adnan Əhmədzadə 2024-cü ildə SOCAR-dan ayrıldı və özəl sektora keçdi. Bu zaman yaxşı bələd olduğu neft və qaz sektoru ilə yanaşı, digər sahələrə də investisiya qoymağa başladı. Məhz o zaman diqqətini əvvəldən professional münasibətlər səviyyəsində tanıdığı “Olimar” şirkətinə yönəltdi”. 

Editor.az  xəbər verir ki, bunu “Haqqın.az”a müsahibəsində “Olimar” şirkətinin baş direktoru Yusif Məmmədov deyib.

Onun sözlərinə görə, Əhmədzadə şirkət hələ SOCAR ilə əməkdaşlıq etmədən öncə buradan pay alıb:

“O zaman şirkət hələ beynəlxalq enerji ticarəti müəssisəsinə çevrilmək yolunda idi. Cənab Əhmədzadə ilə müqavilənin əsas şərti mövcud rəhbərliyin tam şəkildə saxlanılması və təsdiq edilmiş inkişaf strategiyasının davam etdirilməsi idi. O vaxta qədər bunker biznesi fəal şəkildə inkişaf edirdi və bu strateji kurs yenidən nəzərdən keçirilməmişdi.

Hesab edirəm ki, payı əldə etdikdən sonra cənab Əhmədzadənin əməliyyat fəaliyyətində iştirak etmədiyini və həbsinə qədər olduğu kimi sadəcə passiv investor olaraq qaldığını bir daha qeyd etməyə dəyər. Biznes həmişə mənim rəhbərliyim altında idarəetmə qrupu tərəfindən idarə olunurdu. Onun həbsi, şübhəsiz ki, şirkət üçün nüfuz və əməliyyat riskləri yaradıb. Belə bir vəziyyətdə, menecer və bu biznesi qurmağa uzun illər sərf edən şəxs kimi, onun adında olan hissələrin satın alınması təşəbbüsünü irəli sürməklə tam məsuliyyəti öz üzərimə götürməyə qərar verdim.

Bu gün “Oilmar”  şirkəti əvvəlki benefisiarından tamamilə və qanuni olaraq təcrid olunub. Mən, baş direktor olaraq, şirkətin səhmlərinin 100%-nə sahibəm və başqa benefisiarım yoxdur. Bu qərar yalnız şirkətin və onun gələcəyinin maraqları naminə verilib”. 

Qeyd edək ki, Adnan Əhmədzadənin həbsindən sonra şirkətin onun adına olan hissələri tam şəkildə satın aldığı və əlaqələrin kəsildiyi açıqlanıb.

Seçilən
12
editor.az

1Mənbələr