AZ

Məşhur rəqqasə "Meqa Sığorta" və "Changan" şirkətindən şikayətçidir - VİDEO

Məşhur rəqqasə Aygün Babayeva “Meqa Sığorta” və “Changan” şirkətindən şikayətçidir.


Manset.az xəbər verir ki, sənətçi 11 dekabr 2025-ci ildə yol-nəqliyyat hadisəsi törətdiyini bildirib. Onun sözlərinə görə, hadisə ilə bağlı dərhal sığorta şirkətinə məlumat verib və bütün sənədləri qaydasında olub.

A.Babayeva qeyd edir ki, avtomobilinin lizinqini bir neçə ay əvvəl bağlayıb. Lakin dövlət nömrə nişanı dəyişdirildiyi üçün sığorta ödənişinin həyata keçirilmədiyi bildirilib. Rəqqasə isə bununla razılaşmır.

Onun iddiasına görə, avtomobil sığortalanıb və nömrə dəyişikliyi ödənişdən imtina üçün əsas olmamalıdır. Sənətçi iki aydır məsələ ilə bağlı müraciətlər etdiyini, lakin konkret nəticə əldə edə bilmədiyini deyir:

""Meqa sığorta" rəhbərliyindən xahiş edirəm ki, bu məsələyə ciddi yanaşıb, narazılığımı nəzərə alasınız".


Seçilən
9
manset.az

1Mənbələr