Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda su elektrik stansiyalarında(KES) 133,4 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 83,4milyon kVt-saat və ya 38,5% azdır.
Eyni zamanda, hesabat dövründə ölkədə istilik elektrikstansiyalarında 1,979 milyard kVt-saat elektrik enerjisi istehsaledilib ki, bu da ötən ili eyni ayındakı göstərici ilə müqayisədə50,9 milyon kVt-saat və yaxud 2,5% azalma deməkdir.
İstilik elektrik stansiyalarında əldə edilmiş enerjinin 22,1milyon kVt-saatı tullantıların yandırılmasından alınan elektrikenerjisi təşkil edib. Bu isə ötən ilin yanvar ayındakı göstəricyənisbətən 3,8 milyon kVt-saat və ya 20,8% çoxdur.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxaristehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilinyanvar ayında 350,8 milyon manat dəyərində məhsul istehsal olunubvə xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsivə emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 45,4 milyonmanat təşkil edib.