AZ

“BMW”ni dayanacağın içində park edən sürücü cəzalandı

Paytaxtın Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində dayanacaqda avtomobil park edən sürücü cəzalandırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) məlumat verilib.

Qeyd olunub ki, "BMW" markalı, 90-AA-346 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib.

"Parklanma qaydasını pozduğuna görə sürücü barəsində İXM-nin 346.2-ci (Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında nəqliyyat vasitələrinin dayanması və durması) maddəsi ilə protokol tərtib edilib", - deyə məlumatda bildirilib. (oxu.az)

Seçilən
16
6
unikal.az

9Mənbələr