AZ

Bələdiyyə tərəfindən həyətyanı torpaq sahəsi hansı qaydada ayrılır?

Azpost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bələdiyyə öz torpaqları üzərində sərəncam verə bilmək üçün ilk növbədə onun həmin torpaq sahələrinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır.

Bələdiyyə tərəfindən bələdiyyə ərazisində daimi yaşayan və ən azı beş il müddətində qeydiyyatda olan şəxslərə həyatyanı torpaq sahəsi müvafiq dövlət orqanlarının (yerli icra hakimiyyəti orqanlarının memarlıq xidmətinin və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yerli qurumlarının) rəyləri alındıqdan sonra birbaşa bələdiyyə iclasının qərarı ilə satılır.

Bələdiyyə qərarında torpaq sahəsinin satış qiyməti və alıcı tərəfindən torpaq sahəsinin digərinin ödənilməsi müddəti (60 gündən cox olmamaqla) göstərilir. Həmin müddətdə torpağın dəyəri alıcı şəxs tərəfindən ödənildikdə bələdiyyə ilə alıcı arasında notariat qaydasında alqı-satqı müqaviləsi bağlanılır. Bu qaydada həyatyanı torpaq sahəsi almış şəxs onu beş il müddətində özgəninkiləşdirə bilməz.

Digər şəxslər həyatyanı torpaq sahəsini hərrac və ya müsabiqədə iştirak etməklə qalib gəldikləri təqdirdə ala bilərlər.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
azpost.info

2Mənbələr