AZ

Azərbaycan Qəzza üçün nə edə bilər? Eks nazir açıqladı

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İki gün öncə Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilib. ABŞ lideri Donald Trampın sədrliyilə keçirilən iİclasda BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər kimi ölkələrlə yanaşı, Azərbaycan da iştirak edib. İclasın sonunda Donald Tramp Sülh Şurasının prinsiplərini və maliyyə hesabatlılığını müəyyən edən qətnaməni imzalayıb. 

Qəzzanın yenidən qurulması hədəflənir.

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Sülh Şurasına Azərbaycanın dəvət edilməsi özlüyündə çox əhəmiyyətli hadisədir:

"Bu, Azərbaycana və onun rəhbərinə hörmət əlamətidir. ABŞ kimi super dövlətin Azərbaycana hörmətlə yanaşmasının təzahürüdür. Digər yandan, mən deyərdim ki, bu Şuranın yaranması çox maraqlı hadisədir. Mən bunun haqqında fikirləşirdim. Amma biz bir az gərək izləyək, baxaq görək, onlar hansı addımları atacaqlar. Çünki anlayırıq ki, bu, Qəzzanın bərpası ilə bağlıdır.

Amma ümumiyyətlə, belə fikirlər də səsləndirilir ki, Sülh Şurası BMT-ni də əvəz edə bilər. Lakin mən Sülh Şurasının BMT-ni əvəz edə biləcəyinə inanmıram. Yenə də biz yaxından izləməliyik ki, Sülh Şurası İsrail ilə Fələstin arasında neçə illik münaqişəni sona çatdıra bilər, yoxsa yox... Bu çox önəmlidir".

Azərbaycanın Qəzzada hansı işləri görəcəyi ilə bağlı sabiq nazir bunları deyib:

"Sülh Şurasının yarandığı birinci gündən Azərbaycanın Qəzzaya qoşun göndərməsinə ehtiyac olmadığı bilinirdi. Buna gərək yoxdu. Amma Qəzzanın bərpasında Azərbaycanın iştirakı önəmlidir. Azərbaycan dünyanın oyunçularından biri olduğunu göstərirsə, onda belə böyük layihədə iştirak etmək önəmlidir. Yenə təkrar edirəm ki, ABŞ rəhbərliyinin Azərbaycana xüsusi dəvət göndərməsi çox vacib haldır. Yəni hörmət əlamətidir.

Qəzzanın bərpası ilə əlaqədar sərmayə qoya bilərik. İnfrastrukturun qurulmasında iştirak edə, avadanlıqlar göndərə bilərik. Xeyli məsələlər var ki, o istiqamətlərdə Azərbaycan iştirak edə bilər. Bunun üçün kifayət qədər imkanlarımız da mövcuddur".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
modern.az

1Mənbələr