AZ

Rusiya ordusunun Ukrayna ərazisinə ballistik raket və dronlarla endirdiyi zərbələr nəticəsində ölən və yaralananlar var

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya ordusunun Sumının özəl yaşayış sektorlarından birinə aviazərbəsi nəticəsində iki uşaq da daxil olmaqla üç nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Milli Polisə istinadən məlumat yayıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun "Telegram" kanalında yaydığı məlumata görə, ötən sutka ərzində Rusiya ordusunun Xarkov şəhərinə və vilayətin daha 10 yaşayış məntəqəsinə müxtəlif tipli pilotsuz uçuş aparatları ilə (PUA) endiridiyi zərbələr nəticəsində 5 nəfər mülki şəxs yaralanıb və 2 polis ölüb.

Fevralın 21-nə keçən gecə Odessa şəhəri də PUA-ların hücumuna məruz qalıb. İlkin məlumata görə, dronlar şəhər infrastrukturuna və bir neçə yaşayış obyektinə ziyan vurub.

Qeyd edilir ki, fevralın 21-nə keçən gecə Rusiya müxtəlif istiqamətlərdən “İsgəndər-M” ballistik raketi və 120 ədəd zərbə PUA-sı ilə Ukraynaya hücum edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
apa.az

2Mənbələr