AZ

MKE qabaqcıl məhsullarını NATO təlimi çərçivəsində Almaniyada nümayiş etdirir

“Makine ve Kimya Endüstrisi” (MKE) şirkətinin qabaqcıl məhsulları NATO-nun “Steadfast Dart-2026” təlimi çərçivəsində Almaniyada olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin “TCG Anadolu” gəmisində sərgilənir.

MKE-dən “Poliqon”a verilən məlumata görə, nümayiş etdirilən məhsullar arasında PİRANA kamikadze tipli insansız dəniz aparatı, MKE TOLGA yaxın hava hücumundan müdafiə sistemi, BALKIN 130 mm ÇAF-S əks-tədbir sursatı, DENİZHAN dəniz topu və MALAMAN ağıllı dib minası yer alır.

Almaniya Hərbi Dəniz Qüvvələrinin rəhbər heyəti başda olmaqla, təlimdə iştirak edən yüksək səviyyəli xarici hərbi nümayəndələr sərgilənən sistemləri yaxından incələyərək onların texniki imkanları barədə məlumat alıblar.

ALMANYA

Seçilən
16
poliqon.az

1Mənbələr