AZ

Evdə paltar qurutmaq təhlükəli imiş

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Çoxumuz qış aylarında və ya yağışlı havalarda yuyulmuş paltarları otaq şəraitində quruduruq. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün ciddi fəsadlar törədə biləcəyi barədə xəbərdarlıq edir. Evin içində qurudulan nəm geyimlər otaqdakı rütubət səviyyəsini qısa müddətdə kəskin şəkildə artırır.Yaranan nəm mühit gözlə görünməyən kif və göbələklərin çoxalması üçün ideal şərait yaradır. Bu vəziyyət isə ilk növbədə tənəffüs yollarını hədəf alır. Xüsusilə allergiyası olan şəxslər, astma xəstələri və uşaqlar üçün bu havada nəfəs almaq ciddi risk daşıyır. Öskürək, nəfəs darlığı və immun sisteminin zəifləməsi kimi problemlər məhz həmin kif sporlarının havaya qarışması nəticəsində yaranır.Həkimlər və mütəxəssislər sağlamlığı qorumaq üçün bir neçə sadə qaydaya əməl etməyi məsləhət görür. İmkan daxilində paltarların açıq havada və ya xüsusi qurutma maşınlarında qurudulması ən təhlükəsiz yoldur. Əgər paltarları mütləq evin içində qurutmaq lazımdırsa, bunu insanların yatmadığı ayrı bir otaqda və mütləq pəncərəni açıq saxlayaraq etmək lazımdır. Unutmaq olmaz ki, məişət rahatlığı sağlamlıqdan daha önəmli deyil.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
demokrat.az

1Mənbələr