AZ

Qəbələdə qolsuz bərabərlik

Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qəbələ” ilə qarşılaşan “Sumqayıt” rəqibi ilə qolsuz heç-heçə edib.

34-cü dəqiqədə “Qəbələ”nin futbolçusu Ba Lua penaltidən fərqlənə bilməyib. Bu nəticədən sonra “gənclik şəhəri” təmsilçisi 31 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Qəbələ” isə 15 xalla onuncudur.

Qeyd edək ki, turun açılış matçında “Turan Tovuz” “Zirə”ni (2:0) məğlub edib. XXI tura fevralın 22-də yekun vurulacaq.

Seçilən
11
msport.az

1Mənbələr