AZ

FHN əməkdaşının faciəli ölümündən saniyələr öncəki SON GÖRÜNTÜSÜ

Xidmət zamanı avtomobil vuran Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüləri yayılıb. 

Redaktor.az xəbər verir ki, FHN-in əməliyyat videosundan da məlum olur ki, Ələt–Astara magistral yolundakı yanğın yerinə cəlb edilən yanğınsöndürənlər yük avtomobilini söndürməyə çalışırlar. Bu zaman maşın ətrafında qatı tüstü müşahidə edilir. 

Bir neçə dəqiqə sonra isə yoldan keçən minik avtomobili həmin FHN əməkdaşlarını vurub. Qəza məhz bu görüntülərin çəkilişi zamanı qeydə alınıb. Həssas görüntülər olduğu üçün qəza anı yayımlanmayıb.

Xatırladaq ki, hadisə nəticəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 42 yaşlı Piriyev Hakim Şahlar oğlu vəfat edib. Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı, 37 yaşlı Tağıyev Elşən İnsanağa oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.(Qafqazinfo)

 

Seçilən
12
5
redaktor.az

6Mənbələr