AZ

Vensan Abubakar niyə “Neftçi”nin əsas heyətinə düşmür? - ŞOK SƏBƏB!

Vensan Abubakarın son vaxtlar əsas heyətdən kənarda qalmasının səbəbi məlum olub.

Bu, kamerunlu hücumçunun fiziki durumunu hələ də ideal səviyyəyə çatdıra bilməməsi ilə əlaqədardır.

Ötən ilin oktyabrında «ağ-qaralar»ın sıralarına qoşulmuş 34 yaşlı ulduz yanvarda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən təlim-məşq toplanışının gedişində 4 kilo çəki atsa da, baş məşqçi Yuri Vernidub ondan tam razı deyil.

Ukraynalı mütəxəssis afrikalı forvarddan daha 2-3 kilo artıqlamasını istəyib. Təcrübəli mütəxəssisi narahat edən digər problem Abubakarın dizlərində mövcud olan xroniki zədədir.

Sabiq «Beşiktaş»lı hər iki ayağında zaman-zaman ağrılar hiss etdiyini onunla söhbətində dilə gətirib. O, 90 dəqiqə meydanda mübarizə aparmağın ona çətinlik yaradacağını gizlətməyib.

Abubakar bakılılarla mövsümün sonunadək müqavilə imzalayıb. Tərəflər arasında razılaşmaya əsasən, onun sözləşməsi daha 1 il uzadıla bilər.

Bunun üçün özünü necə göstərməsi bir nömrəli şərtdir. Premyer Liqanın geridə qalan hissəsində 4 qol vurmuş hücumçu hazırda Bassala Sambunun kölgəsində qalıb.

SPORTİNFO.AZ

Seçilən
18
sportinfo.az

1Mənbələr